Günay onunla oğluna şiddət göstərən eks-sevgilisi ilə barışdı

gunay-onunla-ogluna-siddet-gosteren-eks-sevgilisi-ile-barisdi
Oxunma sayı: 2691

Model Günay Musayeva qalmaqallı şəkildə ayrıldığı sevgilisi Taha Tatlıcı ilə barışıb. “Qafqazinfo” xəbər verir ki, o, ötən gecə sözügedən şəxslə moda tədbirlərinin birinə qatılıb.

Musayeva qırmızı xalçada çəkilən görüntülərini instaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, cütlük 8 ay eşq yaşadıqdan sonra ayrılmışdı. Mübahisə zamanı Taha Günay və oğlu Cahangirə şiddət göstərmişdi. Hətta, Günayın sevgilisini bıçaqlaması barədə iddia ortaya atılmışdı.

Musayevanın özü “İkinci sayfa” verilişinə zəng vuraraq Tahanı oğlu Cihangiri döydüyü üçün özünümüdafiə məqsədilə bıçaqladığını boynuna almışdı.

O, bir müddət sonra isə mətbuata təkzib açıqlaması yaymışdı.