Günay Səlimzadəyə yeni vəzifə verildi

gunay-selimzadeye-yeni-vezife-verildi
Oxunma sayı: 13264

Baş Prokurorluqda yeni kadr təyinatı olub.

"Qafqazinfo"nun məlumatına görə, qurumun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə tutduğu vəzifədən azad olunub. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat alıb.

Məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən "Qafqazinfo"ya təsdiqlənib.

Qeyd edək ki, xəbəri ilk olaraq "manset.az" saytı yayıb.