Günay Zaura görə efirdə ağladı - Video

gunay-zaura-gore-efirde-agladi
Oxunma sayı: 8383

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Zaur Baxşəliyev koronavirusa yoluxub.

“Qafqazinfo”nun məlumatına görə, bu səbəbdən ötən gün ATV-də yayımlanan “Bizimləsən” proqramına onun həyat yoldaşı Günay Baxşəliyeva aparıcılıq edib.

Canlı bağlantı ilə verilişə qoşulan Zaur Baxşəliyev bir neçə gün öncə özündə narahatlıq hiss etdiyini və bu səbəbdən tam izolyasiya olunduğunu deyib:

“Tez Günaya zəng etdim ki, gedirəm evə, siz anamgilə gedin, orada qalın. Günay uşaqlarla birgə məndən ayrı qalır. Artıq bir neçə gündür ki, onları görüntülü zənglə görə bilirəm. COVID testim də pozitiv çıxdı. Hər üç doza vaksin olunduğuma görə yüngül keçirirəm”.

Onun sözlərinə görə, hər gün aktiv həyat tərzi keçirən bir insan kimi evdə oturmaq çətindir: “Ailə üzvlərimi, ətrafımdakı insanları qorumaq üçün bunu etməliydim. Onu da qeyd edim ki, “omicron”a yoluxmamışam, klassik koronavirusdur”.

“Səni insanların duası qorudu”, - deyən Günay göz yaşlarına hakim ola bilməyib.