Məşhur aparıcı koronavirusa yoluxdu

meshur-aparici-koronavirusa-yoluxdu
Oxunma sayı: 10093

Tanınmış aparıcı Zaur Baxşəliyev koronavirusa yoluxub.

Bu barədə “Qafqazinfo”ya aparıcının özü məlumat verib.

O, ev şəraitində müalicə olunduğunu bildirib. Vaksin olunduğu üçün xəstəliyi yüngül keçirən Z.Baxşəliyev hər kəsə ehtiyatlı olmağı tövsiyə edib.

Həmçinin oxuyun: SOCAR-ın işçilərinə saxta PCR testi satan şirkət direktoru azadlığa buraxılıb​

Qeyd edək ki, aparıcı həftə içi beş gün ATV-nin efirində yayımlanan “Bizimləsən”, şənbə günü isə "Zaurla Günaydın" verilişi ilə izləyicilərin qarşısına çıxır.