Gündəm olan Marianna və körpəsinin - Fotoları

gundem-olan-marianna-ve-korpesinin
Oxunma sayı: 13567

Xəbər verdiyimiz kimi, Ukraynanın Mariupol şəhərində xəstəxananın bombardman edilməsindən sonra təxliyə olunarkən fotosu dünyada yayılan bloqer Marianna Podqurskaya martın 11-i ana olub.

“Qafqazinfo” “CNN” telekanalına istinadən xəbər verir ki, Marianna Mariupolda başqa bir xəstəxanada qız övladı dünyaya gətirib.

Ana və övladının vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.

Telekanal öz rəsmi instaqram hesabında Marianna, yenicə doğulmuş körpənin və bloqerin həyat yoldaşı Yurinin fotolarını paylaşıb. 

Həmçinin oxuyun: Doğum evindəki fotosu ilə gündəmə gələn qadın bloqer imiş