Gürcüstan-Azərbaycan sərhədində silahlı insident

gurcustan-azerbaycan-serhedinde-silahli-insident
Oxunma sayı: 3709

Gürcüstan-Azərbaycan sərhədində silahlı insident baş verib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, sərhədçilər qanunsuz odlu silah əldə edən, saxlayan və bir nəfəri girov götürən Gürcüstan vətəndaşını həbs ediblər. Q.İ. adlı həmin şəxs saxlanılarkən odlu silahdan bir neçə dəfə atəş açıb.

Gürcüstan DİN Sərhəd Polis əməkdaşları insidenti aradan qaldırıb. Gürcüstan DİN bu işdə göstərdikləri effektiv əməkdaşlığa görə, azərbaycanlı həmkarlarına minətdarlıqlarını bildirib.