Gürcüstan Baş naziri koronavirusa yoluxdu

gurcustan-bas-naziri-koronavirusa-yoluxdu
Oxunma sayı: 946

Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə koronavirus diaqnozu qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir öz feysbuk hesabında məlumat verib.

“Testlər nəticəsində koronavirus olduğum məlum oldu. Özümü yaxşı hiss edirəm, təcrid etmişəm və distant rejimdə işləməyə davam edirəm”, - deyə Qaribaşvili yazıb.