Gürcüstan sabah Aİ-yə üzvlük üçün müraciət edəcək

gurcustan-sabah-ai-ye-uzvluk-ucun-muraciet-edecek
Oxunma sayı: 2228

Gürcüstan hökuməti təcili olaraq Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə hazırlayır.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib.

"Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi altında Gürcüstan hökuməti təcili olaraq Avropa İttifaqına üzv namizəd statusu üçün ərizə hazırlayır və bu ərizə sabah Avropa İttifaqının strukturlarına təqdim olunacaq", - Kobaxidze deyib.

O, Avropa İttifaqını ərizəyə dərhal baxmağa və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etməyə çağırıb.