Gürcüstanda bir gündə 48 nəfər koronavirusdan öldü

gurcustanda-bir-gunde-48-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1227

Gürcüstanda son sutkada daha 3803 nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Onların böyük əksəriyyətində “Delta” ştamı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində ölkədə daha 48 nəfər pandemiyanın qurbanı olub.

Bununla da Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 514 min 744-ə, ölənlərin sayı isə 6771-ə çatıb. Ötən 24 saat ərzində 5332, ümumilikdə 448 min 288 nəfər sağalıb.

Hazırda ölkədə 59 min 659 nəfər aktiv koronavirus xəstəsi var.