Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1975

Gürcüstanda koronavirusa yoluxanların sayı 444-ə çatıb, 132 nəfər sağalıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu haqda xəstəliyin monitorinqi üzrə xüsusi saytda məlumat verilib.

Cümə günü 432 yoluxma, 5 ölüm halı barədə xəbər verilirdi.

Ölkədə koronavirusa yoluxanlar arasında həkimlər, DİN və Milli Bankın əməkdaşları, eləcə də hamilə qadınlar və uşaqlar var.