Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

gurcustanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1642

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 7 nəfər artaraq 589 olub.

“Qafqazinfo” gürcü mətbuatına istinadən xəbər verir ki, ölkədə Covid-19-dan indiyədək 8 nəfər ölüb, 207 nəfər isə sağalıb. 5066 nəfər karantin rejimində, 528 nəfər isə stasionar müalicə olunur.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.