Gürcüstanda kurort zonada qar uçqunu olub

gurcustanda-kurort-zonada-qar-ucqunu-olub
Oxunma sayı: 1971

Gürcüstanda Bakuriani kurortunda qar uçqunu baş verib. 

“Qafqazinfo” “Gazeta” portalına istinadən xəbər verir ki, hadisə Borjomidə, Daba yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. 

İnsident nəticəsində 1 nəfərin itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Ölkənin sərhəd xidmətinin axtarış helikopteri hadisə ilə bağlı Tbilisidən Borjomiyə yola düşüb.