Gürcüstanda polis etirazçılara 30 dəqiqə vaxt verdi - Yenilənib

gurcustanda-polis-etirazcilara-30-deqiqe-vaxt-verdi
Oxunma sayı: 2187

Günlərdir Gürcüstan parlamentinin qarşısında keçirilən kütləvi xalq etirazları səngimək bilmir.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, hazırda parlament binasının yaxınlığında yerləşən Çitadze küçəsinə xüsusi təyinatlı polis dəstələri toplaşıb.

Daxili İşlər Nazirliyi nümayişçilərə qarşı su şırnaqlarından istifadə etmək qərarına gəlib. Polislər zirehli geyim və qalxanla təchiz ediliblər.

Nazirlik etirazçılara ərazini tərk etmələri üçün 30 dəqiqə vaxt verib.

***

Etiraz aksiyası iştirakçıları yolu və binanın girişlərini açmaqdan imtina etdikləri üçün xüsusi qüvvələr Gürcüstan parlamenti binasına səfərbər olunublar.

Daxili İşlər Nazirliyinin xüsusi tapşırığına əsasən, şöbə əməkdaşlarından ibarət avtobuslar əraziyə gətirilib.

DİN-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, nümayişçilərin aksiyası qanunsuz hesab olunur.

Xatırladaq ki, noyabrın 14-dən etibarən Tbilisidə parlament 2020-ci ildən qarışıqdan proporsional (partiyalar siyahılarına görə) parlament seçki sisteminə keçiddə dəyişiklik etmədiyinə görə etiraz mitinqləri keçirilir. Etiraz edənlər arasında müxalif deputatlar da var.