Gürcüstanda torpaq sürüşməsi - Ölənlər və yaralananlar var+Yenilənib

gurcustanda-torpaq-surusmesi
Oxunma sayı: 2972

Gürcüstanın qərbində yerləşən Şovi bölgəsində torpaq sürüşməsi baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sürüşmə nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfərin torpaq kütləsinin altında qaldığı bildirilir.

Həmçinin, Gürcüstan Daxili İşlər Nazirliyi əraziyə 2 xilasedici helikopterin göndərildiyini açıqlayıb.

***

Gürcüstanın sürüşmə zonasından iki nəfərin meyiti tapılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.