Gürcüstanda viza sevinci - Foto

gurcustanda-viza-sevinci
Oxunma sayı: 5908

Xəbər verdiyimiz ki, Avropa Parlamenti plenar sessiyada Avropa İttifaqı ilə Gürcüstan arasında viza rejiminin ləğvinin leyhinə səs verib.

Qafqazinfo”nun məlumatına görə, Avropa parlamentində Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasının leyhinə 553 nəfər, əleyhinə 66 nəfər səs verib, 28 nəfər isə bitərəf qalıb.

Qərarın qəbulundan sonra Tbilisin simvollarından olan Tbilisi Qülləsi və Sülh Körpüsü Avropa Birliyi (Aİ) bayrağının rəngləriylə işıqlandırılıb.

Bundan əlavə axşam saatlarında şəhərin mərkəzində konsert təşkil olunub.

İndi Gürcüstana viza rejiminin tamamilə ləğvi üçün Avropa İttifaqı Şurasının qərarı təsdiqləməsi qalır.