“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland yenə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə "Luton" ilə qarşılaşmada 5 qol vurub.
Bununla da Haaland 6:2 hesabı ilə yekunlaşan oyunda klubunun qalib gəlməsinə səbəb olub.
Qeyd edək ki, futbolçu ikinci mövsümdür oynadığı “Mançester Siti”də ikinci penta-trikinə imza atıb.