Hacıqabul əməliyyatının - Fotoları

haciqabul-emeliyyatinin
Oxunma sayı: 797

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər. 

“Qafqazinfo” xəbər verir ki, nazirlik bu gün əməliyyatın və həbs olunanların fotolarını yayıb. Xəbərdə o da bildirilir ki, əməliyyat nəticəsində şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərlərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.

Fotoları təqdim edirik.

Murad Əhməd