Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto

hamileliyini-sonlandirmaq-isteyen-24-yasli-qadin-xestexanada-oldu
Oxunma sayı: 2242

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

“Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.

Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.