Livanın paytaxtı Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları partladılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Bildirilib ki, peycer partlayışları nəticəsində azı 5 nəfər həlak olub, 1500-dən çox adam yaralanıb.
Yerli mediada yayımlanan görüntülərdə “Hizbullah” üzvlərinin telefon dinləmələri üçün istifadə etdikləri cihazların anidən partladığı görünür.
***
Hadisə nəticəsində ölən və yaralananların sayı artıb.
Son məlumatlara görə, azı 2800 nəfər yaralanıb, 8 nəfər isə həlak olub.
***
Son məlumatlara görə, hadisə nəticəsində 11 nəfərin ölümü və 4 mindən çox insanın yaralanması qeydə alınıb.
“Ria Novosti”nin məlumatına görə, 400 yaralının ağır vəziyyətdə olduğu deyilir.
Hadisənin İsrail tərəfindən törədildiyi iddia olunsa da, qarşı tərəf bu haqda hələlik açıqlama verməyib.