“Harry Potter” serialının çəkilişlərinə başlanıldı

harry-potter-serialinin-cekilislerine-baslanildi
Oxunma sayı: 2065

Amerikanın HBO televiziya şirkəti Böyük Britaniyada “Harry Potter” franşizasına əsaslanan yeni serialın çəkilişlərinə rəsmən başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerikanın “Warner Bros. Discovery”nin mətbuat xidməti məlumat yayıb.

“Serialın premyerası 2027-ci ildə HBO və HBO Max-da baş tutacaq, Almaniya, İtaliya və Böyük Britaniyada nümayiş olunacaq”, - saytın press-relizində deyilir.