Həbs edilən “Şlyapa Zahid” axtarışda imiş - Yenilənib

hebs-edilen-slyapa-zahid-axtarisda-imis
Oxunma sayı: 8912

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs olunub.  

Hərbi Prokurorluğun İstintaq İdarəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, o, dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunur. Ötən gün Z.Niftəliyev barəsində prokurorluğun təqdimatına baxılıb və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunurdu. O, “şlyapa” ləqəbi ilə də tanınıb.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4,  32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb. Lakin Z.Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və 27 may 2022-ci il tarixdə saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir (əlaqə nömrəsi 0502952323).