Həbsdəki idmançı qız yenidən hakim önündə

hebsdeki-idmanci-qiz-yeniden-hakim-onunde
Oxunma sayı: 7143

Ona söz atan oğlanı öldürən Səringül Ramazanova hökmdən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə S.Ramazanovanın müraciəti təmin edilməyib.

Qanunvericiliyə görə, hökmdən 20 gün müddətinə apellyasiya şikayəti verilə bilər, gecikmə olduqda isə hökm çıxaran insansiya məhkəməsi müddəti bərpa etmək və ya etməmək səlahiyyətinə malikdir.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü S.Ramazanov onun nəslini söyən 1984-cü il təvəllüdlü Anar Məmmədovu bıçaqlayaraq öldürüb. İfadəsində əməlindən peşman olmadığını deyib. Bu il aprelin 14-də 10 il müddətinə azadlıqdan məhrum edilib.

S.Ramazanova qaydasız döyüş ilə məşğul olub.

Murad Əhməd