Həftənin ilk iş gününə olan hava - Proqnozu

Həftənin ilk iş gününə olan hava
Oxunma sayı: 467

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə  22-25° isti, gündüz  31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir.Atmosfer  təzyiqi 758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-70 %, gündüz 40-45 %  olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.
             
Azərbaycanın rayonlarına gəlincə, avqustun 21-də hava şəraiti əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  19-24°, gündüz  33-38° isti,  dağlarda gecə 14-19°, gündüz  23-28° isti olacağı gözlənilir.