Hələbdə canlı bomba özünü partlatdı - 70 ölü, 130 yaralı + Yenilənib

helebde-canli-bomba-ozunu-partlatdi
Oxunma sayı: 655

Hələb şəhərinin Rəşidin rayonunda canlı bomba özünü partladıb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, canlı bomba yanacaq doldurma stansiyasının yaxınlığında Fua və Kefrayanın sakinlərinin olduğu avtobusun yaxınlığında avtomobildə özünü partladıb. 

Hadisə nəticəsində 20 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb. 

***

“Ria Novosti” xəbər verir ki, terakt nəticəsində ölənlərin sayı 70-ə, xəsarət alanların sayı isə 130 nəfərə yüksəlib.