Həmin şirlərin adı sorğu ilə seçiləcək - Fotolar

hemin-sirlerin-adi-sorgu-ile-secilecek
Oxunma sayı: 2996

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir tərəfindən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən “Sultan” və “Nil” adlı şirlərin balalarına ad axtarılır.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, adlar sosial media sorğusu vasitəsilə müəyyən ediləcək.

Qeyd edək ki, “Sultan” və “Nil” Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ad verilərək 2018-ci ildə Qaziantep Vəhşi Təbiət Parkına göndərilib.