Həmin yük maşını ərazidən götürüldü - Yenilənib

hemin-yuk-masini-eraziden-goturuldu
Oxunma sayı: 4170

Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, nəticədə də Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.

Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.

***

Bakıda texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan yük maşını ərazidən götürülüb.

NİİM-dən verilən məlumata görə, yolda nəqliyyatın hərəkətinə yaranmış məhdudiyyət aradan qaldırılıb.