Hər iki dozanı vurduranların sayı iki milyonu keçdi

her-iki-dozani-vurduranlarin-sayi-iki-milyonu-kecdi
Oxunma sayı: 2035

Bu gün Azərbaycanda koronavirus əleyhinə 84 247 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 46 638, ikinci mərhələ üzrə 37 609 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 798 286, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 777 752, ikinci mərhələ üzrə isə 2 020 534 nəfər təşkil edir.