“Hər il müəyyən tərəddüdlərlə o layihəni təxirə salırdım”

her-il-mueyyen-tereddudlerle-o-layiheni-texire-salirdim
Oxunma sayı: 2777

“Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin layihəsi çoxdan hazır idi, yer də seçilmişdi. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: “Ona görə ki, sizin kimi, mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün burada Memorial Kompleks yaradılacaq”.

Prezident əlavə edib ki, əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı.

Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlət başçısı qeyd edib: “Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.