Həştərxanda fövqəladə vəziyyət elan edildi - Yenilənib

hesterxanda-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 3918

Rusiyanın Həştərxan vilayətində beşmərtəbəli yaşayış binasının iki girişi uçub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fövqəladə hadisədən əvvəl yerli sakinlər fasadda çatlar görüb və təcili yardım çağırıb.

Rusiya FHN-in məlumatına görə, uçqundan əvvəl 37-si uşaq olmaqla, ümumilikdə 213 nəfər evdən çıxarılıb.

İlkin versiyalardan birinə görə, çökmə bünövrənin aşınması nəticəsində baş verib. Sakinlər mənzillərdən birində batareyanın partladığını bildiriblər.

***

Hadisədən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin məlumat verib.

O bildirib ki, fövqəladə vəziyyət rejimi regional səviyyəyə keçirilib.

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb.