“Heyvanlara sığınacaq açmaq istəyənlərə şərait yaradılmalıdır”

heyvanlara-siginacaq-acmaq-isteyenlere-serait-yaradilmalidir
Oxunma sayı: 1680

“Bakıda və regionlarda sahibsiz itlərlə bağlı çox ciddi problemlər var. Bu heyvanlar üçün sığınacaqlar və bu işlə məşğul olan aidiyyəti qurum yoxdur. Sahibsiz itlərin sayları günbəgün artmaqda davam edir və insanlara zərər verməyə başlayıblar. Digər tərəfdən heyvanların özlərinə də qayğı lazımdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında millət vəkili Fatma Yıldırım  deyib. 

Deputat bildirib ki, quduzluğa qarşı peyvəndləmə aparılmalıdır: “Bunu necə tənzimləyəcəyimizlə bağlı dünya ölkələrində kifayət qədər nümunə var. Təklif edirəm, fərdi heyvansevər şəxslərə icazə verək ki, sığınacaqlar açsınlar. Təşviq mexanizmi yaradılmalı, fərdi şəxslərə lisenziyalar verilməli, bununla məşğul olan qurum yaradılmalıdır. Heyvanlara qarşı amansız hərəkətlər, zorakılıq edənlər üçün qanunlar qəbul olunmalıdır”.

Zaur Mirzə