Hikmət Hacıyev Armen Qriqoryanla panel müzakirəsində iştirak etdi - Fotolar

hikmet-haciyev-armen-qriqoryanla-panel-muzakiresinde-istirak-etdi
Oxunma sayı: 228

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Doha Forumu” çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə H.Hacıyev “X” hesabında paylaşım edib.

“Biz Vaşinqton razılaşmalarının həyata keçirilməsi çərçivəsində atılan addımları, o cümlədən, sülhün iqtisadi faydasını, nəqliyyat-kommunikasiya əlaqələrini, etimad quruculuğu prosesini və s. müzakirə etdik.

Mən Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək niyyətini vurğuladım”, - deyə paylaşımda bildirilib.