Hollivudun 106 yaşlı aktrisası öldü

hollivudun-106-yasli-aktrisasi-oldu
Oxunma sayı: 1032

Hollivudun 106 yaşlı aktrisası Culi Qibson dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa oktyabrın 2-də vəfat etsə də, ölüm xəbəri indi yayılıb. Qibson ağır xəstəlikdən əziyyət çəkirdi.

Aktrisa ilk baş roluna 1944-cü ildə “Xoşbəxt kovboy” filmində çəkilib. O, karyerasını 1978-ci ilədək davam etdirib.