Honq-Konqa uçan təyyarə yandı - Sərnişinlər təxliyə edilib+Video

honq-konqa-ucan-teyyare-yandi
Oxunma sayı: 2947

Koreyanın Busan hava limanında sərnişin təyyarəsi yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Yonhap” agentliyi məlumat yayıb.

Belə ki, Busan Beynəlxalq Hava Limanından Honq-Konqa uçan “Air Busan” təyyarəsinin quyruğu yerli vaxtla saat 22:30-da havaya qalxmazdan əvvəl yanıb. Təyyarədə olan 169 sərnişin və yeddi ekipaj üzvü təxliyə edilib.

Təyyarənin quyruğunda başlayan yanğın, yayımlanan görüntülərə görə, bütün gövdəyə yayılıb.