Bu günlərdə vəziyyəti yenidən pisləşən türkiyəli müğənni İbrahim Tatlıses vəsiyyətini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Tatlıses bu barədə xəstəxanadan çıxarkən jurnalistlərə danışıb.
74 yaşlı müğənni bütün var-dövlətini dövlətə buraxdığını bildirərək, “pulu mən qazanmışam, kimə nə? Dövlətə bağışlayıram”, sözlərini əlavə edib.
Onun mirasla bağlı bu açıqlaması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, İ.Tatlıses bir neçə gün əvvəl ağır virusa yoluxduğundan xəstəxanaya yerləşdirilmişdi.
Son xəbərlər
Son Xəbərlər