İcra başçısı sakinlərin problemlərini dinlədi

icra-bascisi-sakinlerin-problemlerini-dinledi
Oxunma sayı: 1703

Qaradağ rayonunun İcra başçısı Süleyman Mikayılovun sakinlərlə növbəti görüşləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş Korgöz qəsəbəsində əhalinin asudə vaxtlarının keçirilməsi məqsədi ilə salınmış yeni istirahət parkında təşkil edilib.

Görüşdə Korgöz qəsəbə sakinlərinin sosial problemləri dinlənilib, həlli istiqamətində tapşırıqlar verilib.

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə də növbəti səyyar qəbulu keçirilib.

Qəbulda Lökbatan qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda 80-ə yaxın qəsəbə sakini iştirak edib.

Sakinlərdən 12 nəfəri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.