İcra başçısının oğluna hökm oxundu- - 5 il 6 ay həbs+Foto

icra-bascisinin-ogluna-hokm-oxundu-
Oxunma sayı: 9232


"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda 17 yaşlı İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İlham Əsgərli və Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 27-də Zığ yolunda baş verən qəzada İlham Əsgərlinin idarə etdiyi maşınla Əhliman Süleymanovun idarə etdiyi yük avtomobilini vurub. İ.Əsgərlinin idarə etdiyi maşında olan dostu Sənan Mirzəyev vəfat edib.

Murad Əhməd