“Yuventus” Spalletti ilə müqavilənin müddətini uzatdı

yuventus-spalletti-ile-muqavilenin-muddetini-uzatdi
Oxunma sayı: 203

“Yuventus” rəhbərliyi baş məşqçi Luçano Spalletti ilə olan müqaviləsinin müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Turin klubu məlumat yayıb.

Yeni razılaşmaya əsasən, 67 yaşlı baş məşqçi 2028-ci ilə qədər “Qoca sinyora”nın sükanı arxasında qalacaq.

Qeyd edək ki, Spallettinin əvvəlki sözləşməsi 2025/26 mövsümünün sonunda başa çatmalı idi.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında komandaya gələn mütəxəssis qısa müddətdə öz oyun fəlsəfəsini tətbiq etməyi bacarıb. Hazırda “Yuventus” İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.