İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu dedi, tutuldu

icra-hakimiyyetinin-qarsisina-bomba-qoyuldugunu-dedi-tutuldu
Oxunma sayı: 5904

Səbail Rayon İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs tutulub.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 27-si saat 16 radələrində naməlum şəxs FHN-nin 112 xidmətinə zəng edərək adıçəkilən İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyib.

Həmçinin oxuyun: Vidadi Muradovun müsadirə edilən 30 milyonluq əmlakının siyahısı - Bir küçədə 22 mənzil

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü E.Q olduğu məlum olub. Həmin şəxs saxlanılıb və onun ruhi xəstə olduğu müəyyən edilib. O, psixiatriya xəstəxanasına yerləşdirilib.

Murad Əhməd