İki ildir boynunda təkərlə gəzirdi - Foto

iki-ildir-boynunda-tekerle-gezirdi
Oxunma sayı: 5757

ABŞ-ın Kolorado ştatında iki ildir boynunda təkərlə gəzən maral xilas edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 4,5 yaşlı heyvana əvvəlcə keyləşdirici iynə vurulub, daha sonra isə buynuzları kəsilərək təkər çıxarılıb.

Mütəxəssislərin sözlərinə görə, təkərin içinə torpaq dolub və ağırlaşaraq 17 kiloya çatıb. Kəsilməsi mümkün olmayan təkər maralın boynunda kiçik yara əmələ gətirib.

Qeyd edək ki, mütəxəssislər maralın təkərlə gəzdiyini ilk dəfə 2019-cu ildə müşahidə ediblər.