İki məktəbli intihar etdi, yoxsa öldürüldü?- - Yeni məqamlar

iki-mektebli-intihar-etdi-yoxsa-olduruldu-
Oxunma sayı: 4901


“Qafqazinfo”nun anspress-ə istinadən verdiyi məlumata görə, yeniyetmələrin cəsədləri aşkarlanarkən Quliyev Vasif ağacdan asılı vəziyyətdə olduğu halda, Tağıyeva Nərgizin yerdə uzanmış vəziyyətdə olması polisdə şübhələr yaradıb. Nərgizin boynundakı boğulma izləri onun başqası tərəfindən öldürülməsi ehtimalının meydana çıxmasına səbəb olub. 

Yeniyetmələrin hər ikisinin qolunda kəsiklər olub.

İntihar etməmişdən əvvəl gənclərin yanında olan Amin adlı oğlan isə onların kiminsə tərəfindən boğulması ilə bağlı yaranan şübhələrin əsassız olduğunu söyləyib. 

Üzə çıxan başqa bir məqam isə intihar edən yeniyetmə Vasif Quliyevin atasının Xaçmaz rayon Polis İdarəsinin polis leytnantı Yaşar Quliyevin oğlu olmasıdır. 

Xaçmaz rayon Prokurorluğunda gənc qızın və oğlanın ölümü ilə bağlı cinayət məcəlləsinin 120,1 və 125-ci maddələri ilə cinayəti işi açılıb, araşdırma aparılır.