İki və üç yaşlı bacı-qardaş öldü - Samuxda bədbəxt hadisə

iki-ve-uc-yasli-baci-qardas-oldu
Oxunma sayı: 9027

Samuxda bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə, 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı, 2019-cu il təvəllüdlü Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb.

Rayonu Karayeli qəsəbəsinin sakinləri olan azyaşlılardan - 2 yaşlı Ruqəyya xəstəxanaya aparılarkən yolda vəfat edib. Üç yaşlı Əfqan isə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

İlkin ehtimala görə, onlar zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.