İki vəkilin fəaliyyəti dayandırıldı

iki-vekilin-fealiyyeti-dayandirildi
Oxunma sayı: 4744

Bu gün Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib.

Bundan başqa, 1 vəkilə irad, 2 vəkilə isə xəbərdarlıq olunub.