İlham Əliyev Vatikanda Papa Fransisklə görüşdü - Fotolar + Video

İlham Əliyev Vatikanda Papa Fransisklə görüşdü
Oxunma sayı: 1736

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayan Roma Papası onların Vatikana səfərlərini və özünün 2016-cı ildə Azərbaycana səfərini xatırladaraq bu səfərdən məmnun qaldığını bildirib.

Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd edib, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.

Prezident İlham Əliyev deyib ki, Papa Fransiskin Azərbaycana səfəri dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, Azərbaycan bu baxımdan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir.

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında qurulmuş münasibətlər əsasında aparılan əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi