İlham Əliyevdən müharibədə itkin düşənlərin taleyi ilə bağlı - Açıqlama

İlham Əliyevdən müharibədə itkin düşənlərin taleyi ilə bağlı
Oxunma sayı: 4369

“Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Prezident bildirib ki, Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir:

“Xəbərdarlıq etdim, üç gün sonra hücuma başladılar”

“Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi”

 

“Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb.

Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb.

Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.

Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş və 1998-2018-ci illərdə hakimiyyətdə olmuş səhra komandirləri Azərbaycan ərazilərinin 30 ilə qədər davam edən işğalı ərzində məkrli arzularına və məqsədlərinə çatmaqda uğursuzluğa düçar oldular.

Əksinə, 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışımda qeyd etdiyim kimi, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib. Ermənistan o dərəcədə zəifləyib ki, heç özü sərhədlərini belə qorumaq iqtidarında deyil”.