“İlin kosmopoliti” - Bidzina İvanişvili

ilin-kosmopoliti-bidzina-ivanisvili
Oxunma sayı: 658

“Forbes” jurnalı “İlin biznesmeni” layihəsinə start verib. Belə ki, hər ilin dekabr ayında 7 nominasiya üzrə qaliblər təyin olunacaq. Hər bir qalib şəffav səsvermə yolu ilə təyin ediləcək.

Jurnal bu il qalibiyyəti və uğursuzluğu ilə yaddaşlarda qalan 8 biznesmeni təyin edib.

1. “İlin biznesmeni” - “2012-ci ilin biznesmenlər”i sırasında ilk yeri “Alfa-Qrup” şirkətinin sahibi Mixayıl Fridman tutub. O, bu il qazandığı 28 milyard dollarla Rusiya tarixində yenilik edib. Fridmana qədər Rusiyada bu cür rekord göstərən olmayıb.

2 . “İlin pioneri” – “MD Medical Group”un sahibi Mark Kurşerdir. Moskvanın baş mama-ginekoloqu ən uğurlu biznesmenlərdən biri olub. 2012-ci ildə “MD Medical Group”u sayəsində Rusiya iqtisadiyyatında xeyli irəliləyişlər olub.

3. “İlin fiaskosu” – “Renessans Kapital” investisiya qrupunun yaradıcısı və sahibi Stiven Ceninqs 2008-ci ildəki krizisdən çıxa bilməyib. Belə ki, investbakın yarısı Mixail Proxorova məxsus “Oneksim” qrupunun şəxsi mülkiyyətində olub. O zamanlar belə şayiə gəzirdi ki, borcu ödəmək üçün hissə tmamilə Proxorova verilib, lakin hər iki tərəf faktı təkzib edib. Bu ilin noyabr ayında Ceninqs anidən kampaniyanı tərk edib, “Renessans Kapital” isə təmamilə “Oneksim”in şəxsi mülkiyyətinə çevrilib. Bu uğursuzluq Ceninqsin Proxorovun qarşısındakı məsuliyyətinin öhdəsindən gələ bilmədiyi ilə izah olunur. 4 il ərzində investbank əvvəlki gəlirini əldə edə bilməyib. Bank 2011-ci ildə 94 milyon dollar, 2012-ci ilin ilk yarısı üçün isə 14 milyon dollar zərərə uğrayıb.

4. “İlin ikinci fiaskosu” – “Forbes”in Rusiya üzrə reytinqində 39-cu yerdə qərarlaşmış Boris Berezovski London məhkəməsinə müraciət edərək “Sibnefti” və “Rusale” əvəzində Roman Abramoviçin ona 5,6 milyard dolar ödəməsini tələb edib. Lakin hər şey istədiyi kimi olmayıb. Beş illik davadan sonra məhkəmə Abramoviçin xeyrinə qərar qəbul edib və Berezovski inflyasiyaya uğrayıb.

5. “İlin xeyriyyəçisi” – “Metalloinvest”in sahibi Alişer Usmanov bu il xeyriyyə işlərinə 150, 8 milyon dollar (146, 2 milyon dollar – 2011 – ci il, 126, 8 milyon dollar – 2010-cu il) xərcləyib.

6. “İlin kosmopoliti” – Gürcüstan baş naziri Bidzina İvanişvili bu il Rusiyadakı son aktivlərini, həmçinin “Rusiya krediti” bankını satıb. “Gürcü arzusu” koalisiyasını yaradaraq oktyabrn 1-də Gürcüstanda keçirilən parlament seçkilərinə qatılıb və qalib gələrək baş nazir təyin edilib.

7. “İlin gözlənilməz qayıdışı” – “Beşlik” və “Karusel” pərakəndə şəbəkələrin sahibi Andrey Roqaçev ABŞ-dan qayıtdıqdan sonra burda bir neçə yeni şəbəkələr yaradıb. Ekspertlərin fikrincə, layihələrə qoyulan investisiyalar 2 milyard dollar təşkil edə bilər.

8. “İlin Forbes stili” – “Millhouse Capital”ın sahibi Roman Abramoviç bu ilin may ayında “Çelsi” klubuna 3, 1 milyard dollar yatırıb. “Çelsi” Çempionlar Liqasında qalib gəlib.