Türkiyəli aktrisa ana oldu - Foto

turkiyeli-aktrisa-ana-oldu
Oxunma sayı: 928

Türkiyəli aktrisa Bestemsu Özdemir ilk dəfə ana olub.

“Qafqazinfo” xəbər verir ki, ötən yay keçmiş basketbolçu Ersin Görkemlə ailə həyatı quran aktrisa bir neçə gün öncə oğlunu dünyaya gətirib.

Cütlük körpəyə Sarp Marko adını verib.

Qeyd edək ki, ikili evlənərkən 34 yaşlı Bestemsu 4 aylıq hamilə olub.

Bir çox film və seriallarda rol alan B.Özdemir daha çox “Kara para aşk” serialındakı Nilüfer Denizer obrazı ilə məşhurlaşıb.