İlkinin bacısının intiharı ilə bağlı - Açıqlama

ilkinin-bacisinin-intihari-ile-bagli
Oxunma sayı: 5997

Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısı Sevinc Qırtımovanın intiharı ilə bağlı cinayət işi başlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 8-i gecə saat 02 radələrində baş verib.

1992-ci il təvəllüdlü S.Qırtımova intihar etdiyi Əsəd Əhmədov küçəsində yerləşən binanın 18-ci mərtəbəsində kirayə yaşayırmış. Hadisə yerinə və meyitə baxış keçirilib.

Yasamal Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, onun intihar etməsinin səbəbləri istintaq yolu ilə araşdırılır.