Məlum olduğu kimi, sentyabrın 26-da evinin eyvanından yıxılaraq ölən türkiyəli məşhur müğənni “Güllü”nün (Gül Tut) qızı Tuğyan Ülkem Gülter anasının ölümündə ittiham olunaraq həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, qızının həbsindən sonra sosial mediada “Güllü”nün illər əvvəl yarışma proqramında aktrisa Banu Alkanla yaşadığı qalmaqallı dialoq yenidən gündəmə gəlib.
Belə ki, həmin görüntülərdə müğənni o zaman ana olmayan Banu Alkanı sərt tənqid edib:
“Bu yaşına qədər uşaq dünyaya gətirə bilməmisən, amma mənim aslan kimi iki övladım var”.
Daha sonra “Güllü” daha sərt ifadələr işlədərək B. Alkanı analıq hissini yaşamamaqda günahlandırıb.
İzləyicilər illər sonra yenidən gündəmə gələn həmin dialoqu həyatın ironiyası kimi şərh ediblər.
Qeyd edək ki, dialoqun birbaşa versiyası qeyri-etik ifadələr ehtiva etdiyi üçün həmin görüntüləri yayımlamağı doğru hesab etmirik. Aşağıdakı kadrlar “Güllü”nün o mübahisədən sonra övladlarını müdafiə etdiyi çıxışıdır.

Son xəbərlər
Son Xəbərlər