“İllər sonra qarşı-qarşıya gəlsək …” - Bütün Nigarlar üçün

iller-sonra-qarsi-qarsiya-gelsek-butun-nigarlar-ucun
Oxunma sayı: 793







“Bu, yalnız bir şeir deyil, topluma ədalət istəyənlərin özünün ədalətə ehtiyacı olarkən susanlara qınaqdır, töhmətdir”

Nigar üçün

(və bütün Nigarlar üçün...)


Susmuş ölkə hekayəsi
bir gün çəkib getsəm

illər sonra
qarşı-qarşıya gəlsək
səni tanımaram
bu darmadağın halınla -
bir az da solmuş üzünlə
bir az da çüxura düşmüş gözlərinlə
bir az da bükülmüş belinlə
bir az da ağarmış saçınla
"məni tanımadınmı?" deyə soruşsan
səsindən belə tanımam
hardan tanıyım ki
zatən sən heç səsini çıxarmadın
mən sənin səsini heç eşitmədim ki
ölkəm...
ölkəm...
ölkəm!