İlon Mask tviteri almaqdan imtina etdi

ilon-mask-tviteri-almaqdan-imtina-etdi
Oxunma sayı: 2413

“SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı biznesmen İlon Mask tviter sosial şəbəkəsini almaqdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNBC” telekanalı məlumat yayıb.

Məlumata əsasən, İ.Maskın vəkilləri müvafiq bildirişi Tviterin hüquq şöbəsinin rəhbərinə göndəriblər.

Tviter şirkəti isə öz növbəsində İlon Maskı məhkəməyə verəcək.

Bunu şirkətin direktorlar şurasının sədri Bret Teylor deyib.

Onun sözlərinə görə, şirkət məhkəmə vasitəsilə Tviterin İlon Mask tərəfindən alınması üzrə müqavilənin şərtlərinin icrasına nail olmaq niyyətindədir.